Ermənistanda baş nazir seçkiləri bitdi - PAŞİNYAN MƏYUS OLDU
Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.
APA TV-nin xəbərinə görə, baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” ("Çıxış") fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.
Sonra səsvermə keçirilib. N.Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.
Beləliklə, Ermənistan parlamenti N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir
OXŞAR XƏBƏRLƏR
13:58
236
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
346
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
463
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1651
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3801
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3783