Xamenei təhdid etdi: "İranı vursanız, vurularsınız!"
İranın ali dini lideri ABŞ və müttəfiqlərini təhdid edib.
APA TV-nin məlumatına görə, Əli Xamenei ötən gün Tehranda 1 May Ümumdünya Zəhmətkeşlər Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Dini lider bazar günü Suriyada bir hərbi bazaya edilən raket hücumuna işarə edərək ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib. İranın müxtəlif şəhərlərindən gələn minlərlə işçiyə səslənən Xamenei ABŞ-ın bölgədə müharibə olması üçün Səudiyyə Ərəbistanını təhrik etdiyini deyib: "Niyə sionistləri təhrik etmirlər? Çünki müsəlmanların müsəlmanlara qarşı döyüşməsini istəyirlər".
Daha sonra Xamenei "İranı vursanız, vurularsınız!" deyə əlavə edib.
Qeyd edək ki, bazar gecəsi Suriyada iki hərbi bazaya raket hücumu olub. Hücum zamanı 26 hərbçinin öldüyü bildirilib. Ölənlərin çoxu İranın dəstəklədiyi şiə hərbçilər olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi