Pentaqon rəhbəri: "ABŞ Suriyanı tərk etməyəcək"
"ABŞ sülh əldə olunmadan Suriyanı tərk etməyəcək". APA TV-nin məlumatına görə, bu fikri ABŞ-ın müdafiə naziri Ceym Mettis bildirib.
Pentaqon rəhbəri ölkəsinin və müttəfiqlərin Suriyadan hərbçilərini sülh əldə olunmadan çıxarmasının mümkünsüz olduğunu deyib.
"ABŞ və müttəfiqləri İŞİD terror təşkilatına qarşı qələbə qazanıb. Suriyada sülh əldə olunacağı təqdirdə, burda qalmaq istəmirik. Sülh olmadan öncə çəkilmək fikrində də deyilik. Əvvəl müharibəni qazanırsınız, sonra sülhü əldə edirsiniz" - deyə o qeyd edib.
Mettis BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura ilə "Cenevrə prosesinə köməklik etmək üçün nə edə biləcəklərini müzakirə etmək üçün" görüşəcəklərini bildirib.
OXŞAR XƏBƏRLƏR
13:58
237
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
348
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
465
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1651
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3801
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3783