Sabah Nikol Paşinyan Ermənistanın baş naziri ola bilər
"Çıxış" fraksiyası Ermənistanın baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.
APA TV-nin məlumatına görə, bu barədə qərar fraksiyanın yığıncağında qəbul edilib.
Ermənistanın hakimiyyətdə olan Respublika Partiyası isə 1 may tarixində keçiriləcək seçkilərdə baş nazirliyə namizəd irəli sürməyəcəyini qeyd edib. Partiya rəhbəri Vaqram Baqdasaryan qeyd edib ki, əgər parlamentdəki digər 3 partiya vahid namizədi dəstəkləyərsə, Respublika Partiyasından namizəd olmayacaq. Daşnaksütun Partiyası və "Sarukyan" fraksiyası da Nikol Paşinyanın namizədliyini dəstəklədiklərini bildiriblər.
Xatırladaq ki, Ermənistan parlamentində Respublika Partiyası 58, "Sarukyan" fraksiyası 31, "Çıxış" fraksiyası 9, Daşnaksütun Partiyası isə 7 mandata malikdir. "Vətəndaş anlaşması" partiyasının rəhbəri Nikol Paşinyanın seçkilərdə qalib gəlmək üçün 53 deputatın səsinə ehtiyacı var.
Bu arada Ermənistanın eks-prezidenti Robert Köçəryan isə Nikol Paşinyanın namizədliyinə münasibət bildirib: "Nikol Paşinyan nə tələb edir? Baş nazir seçilməsini? Hakimiyyət adi bir çanta deyil ki, onu sadə bir şəkildə Paşinyana versinlər. Onun etdiyi inqilab yox, hakimiyyət hərisliyidir".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi