Cəlilabadda sahibi toya gedən ev qarət edilib - 5000 MANAT ZİYAN VURULUB
Cəlilabadda toya gedən ailənin evi qarət olunub. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Cavad Xan küçəsində törədilib.
Məlumata görə, oğrular evə girən zaman ev sahibi Gülpaşa Ağayev ailə üzvləri ilə birgə yaxınlarının toy məclisində iştirak edib. Onların evdə olmamasını fürsət bilən şəxs və ya şəxslər pəncərəni sındıraraq mənzilə daxil olub.
Geri qayıdan zaman ev əşyalarının dağıdıldığını görən G.Ağayevin dediyinə görə, oradan qızıl-zinət əşyaları, pul, kompüter və bir də oyun diskləri aparılıb. Ümumilikdə dəymiş ziyanın məbləği isə 5000 manat dəyərində təxmin edilir.
Faktla əlaqədar polisə də məlumat verilib. Hazırda əməliyyat-axtarış işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
294
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
397
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
528
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1658
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3806
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3788