Paşinyan ilk dəfə Qarabağdan danışdı
"Ermənistanda hakimiyyət dəyişsə belə, bu, bizim beynəlxalq əlaqələrimizə təsir etməyəcək".
APA TV-nin xəbərinə görə, bu sözləri "Vətəndaş Anlaşması" partiyasının rəhbəri Nikol Paşinyan Gümrüdəki çıxışı zamanı deyib.
Müxalifət lideri son zamanlar hakimiyyət dəyişikliklərindən sonra Rusiya ilə siyasi, iqtisadi və geopolitik mübarizənin başlayacağı barədə fikirlərə münasibət bildirib: "Biz Rusiya ilə düşmən deyilik. Biz öz vətənimizin də düşməni deyilik ki, onu bataqlığa sürükləyək. Dəyişikliklərdən sonra heç bir geosiyasi rezonans gözləməyin. Əmin edirəm ki, Ermənistan KTMT-dən çıxmayacaq. Əksinə, onu daha da effektiv etmək üçün əlindən gələni edəcək. Çünki bu müqavilə Ermənistanın və Qarabağın müdafiəsində ən effektiv vasitədir. Biz Avropa İttifaqı və Avrasiya Birliyi ilə də əməkdaşlığa davam edəcəyik".
Karen Karapetyan isə öz növbəsində Nikol Paşinyanın "ya ölkənin baş naziri mən olacam, ya da heç kim" fikrinə münasibət bildirib: "Bəzi vətəndaşlarımız bir nəfəri, başqaları isə başqa birini baş nazir kimi görmək istəyir. Namizədlərin öz siyasi proqramlarını təqdim etməsi üçün seçki kampaniyaları deyə bir şey var. Əgər Paşinyanın öz seçki proqramı varsa, buyurub onu təqdim etsin. Düşünürəm ki, o, ölkədə yalnız özünün siyasi monopoliyasını qurmaq istəyir. Ölkədə Konstitusiya var və hər şey qanun çərçivəsində edilməlidir".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi