Tramp: "Koreya müharibəsi bitəcək!"
ABŞ prezidenti Donald Tramp öz "Twitter" hesabında Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü barədə paylaşım edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tramp sosial şəbəkədə bunları yazıb:
"Koreya müharibəsi bitəcək! ABŞ və onun bütün gözəl insanları hazırda Koreyada baş verənlərdən qürur duymalıdır. Yaxşı hadisələr baş verir. Lakin bundan sonrasını zaman göstərəcək".
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson da hər iki ölkə arasında keçirilən zirvəni məmnuniyyətlə qarşıladıqlarını və ümidli olduqlarını qeyd edib. O bildirib ki, İngiltərə hökuməti gələcəkdə Şimali Koreyaya tətbiq olunan sanksiyaların tezliklə aradan qaldırılması üçün səylərini daha da artıracaq.
OXŞAR XƏBƏRLƏR
13:58
325
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
428
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
569
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1663
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3808
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3790