Ağsuda 10 evdən oğurluq edən şəxs tutuldu
Ağsu rayonunda mənzillərdən silsilə oğurluq edən şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu şəhərinin və Pirhəsənli kəndinin sakinləri naməlum şəxs tərəfindən onlara məxsus mənzillərdən məişət və geyim əşyalarının, mis qabların, qiymətli əşyaların oğurlanması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 10 evdən oğurluq edən şəxsin 1977-ci il təvəllüdlü Ağsu sakini Əsgərov Ələsgər Əlməhəmməd oğlu olduğu müəyyən edilib. Əvvəllər narkotik alverinə görə məhkum olunmuş Ələsgər Əsgərov saxlanılaraq istintaq bölməsinə təhvil verilib. O, evlərdən silsilə oğurluq etdiyini etiraf edib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
325
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
429
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
569
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1663
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
14:50
3808
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
3790