Prezident İlham Əliyev Böyük Britaniyanın baş naziri ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev Londona səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşüb. APA TV-nin xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdən sonra prezident İlham Əliyevin və baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıb.
Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri ötən gün başa çatıb.
OXŞAR XƏBƏRLƏR
19:28
154
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:27
257
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
19:25
150
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
345
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
447
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
585