Qusarda türk-müsəlman xalqlarına qarşı soyqırımları müzakirə olunub
Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq baş tutan beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə hökuməti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.
Konfrans başlamazdan öncə iştirakçılar Heydər Əliyevin və "Qanlı dərə" qəhrəmanlarının şərəfinə ucaldılan abidələri ziyarət ediblər, sonra isə soyqırıma həsr olunan kitab sərgisinə baxış keçirilib.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan nümayəndələr qatılıb.
Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov konfransda çıxış edərək, tarix boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb.
Konfrans 3 gün davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?