Azərbaycanlılar və türklər Vaşinqtonda birgə etiraz aksiyası keçirdi
Vaşinqtonda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, iştirakçılar 1915-ci il hadisələrinin "erməni soyqrımı" kimi qələmə verilməsinə etiraz edib.
Türkiyənin "İstiqlal marşı" ilə başlayan nümayişlərə türk və azərbaycanlılarla yanaşı Ahıska türkləri də qoşulub.
Qeyd edək ki, eyni vaxtda ermənilər də həmin ərazidə aksiya keçirib.
Xeyli sayda təhlükəsizlik əməkdaşının olduğu ərazidə nümayişçilər arasında Türkiyənin və Azərbaycanın ABŞ-dakı səfirləri - Sərdar Kılıç və Elin Süleymanov da yer alıb.
Etiraz aksiyası insidentsiz başa çatıb.
OXŞAR XƏBƏRLƏR
19:28
222
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
209
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
354
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
449
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
587
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1669