Tramp: "İran Aralıq dənizinə çıxmaq istəyir, imkan verməyəcəyik"
ABŞ prezidenti Donald Tramp İranın Aralıq dənizinə çıxmaq istədiyini iddia edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Tramp Fransa prezidenti Emmanuel Makronla Vaşinqtonda mətbuat konfransı keçirib: "İranın Aralıq dənizinə çıxışına fürsət verməyəcəyik. Suriyadan çıxmağı çox istəyirəm, yaxında evə dönəcəyik. Güclü və əbədi iz qoyandan sonra Suriyanı tərk edəcəyik".
Tramp Yaxın Şərqdə baş verən hadisələrin arxasına baxanda İranın barmaq izinin göründüyünü deyib.
İŞİD terror təşkilatına qarşı mübarizə apardığına görə Makronu təbrik edən ABŞ prezidenti bölgədə zəngin ölkələrin olduğunu, ancaq terrorla mübarizədə bu ölkələrin onlara dəstək olmadıqlarını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
19:28
226
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
211
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
355
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
449
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
587
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1669