Gəncədə yaşayış binasında yanğın: ata və 6 övladı xəsarət aldı
Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb.
Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün, 1975-ci il təvəllüdlü Alməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M.Alməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:28
224
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
210
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
355
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
449
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
587
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1669