İlham Əliyev Türkiyədə səfərdədir
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. APA TV-nin xəbərinə görə, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi planlaşdırılıb.
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında onun abidəsini ziyarət edib və abidənin önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Hazırda parkın ərazisində inşa edilən “Buta” Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib