Ruhani Təbrizdə - "AZƏRBAYCAN DİLİ İRANIN FƏXRİDİR"
"Azərbaycan dili ilə fəxr edirik". APA-nın məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı deyib.
"Təbriz - 2018" proqramının rəsmi açılış mərasimində iştirak edən Ruhani, ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb.
"Azərbaycan türkcəsi İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı".
Xatırladaq ki, İranın təhsil naziri Məhəmməd Betayinin keçən həftə Moskvaya səfəri zamanı rus dilinin İranda ikinci dil kimi tədris olunması təklifi ölkədəki azərbaycanlıların kəskin etirazına səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib