Şaman qadının sirrini öyrənən kanadalı əzabla öldürüldü - REAL VİDEO
Amazon qəbilələrindən birinin üzvləri şaman qadını öldürməkdə ittiham etdikləri Kanada vətəndaşını linç edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, linç görüntüləri telefonla çəkilib.
Sebastyan Vuudrof adlı turist bir müddət Peru meşəliklərində yaşayıb.
Görüntülərdə 41 yaşlı kanadalının yerlilərə yalvardığı görünür. Qəzəblənmiş insanlar onun boynuna kəndir salıb sürüyərək öldürür.
81 yaşlı loğman Oliviya Arevalo qəbilənin hörmətli nümayəndəsi olub. Sosial şəbəkələrdə onun duaları, nəğmələri yayılıb. Sebastyan Vuudrofun qadından hallüsinasiyalara səbəb olan Ayahuaska adlı bitki barədə məlumat öyrəndiyi təxmin olunur.
Peru rəsmiləri eyni gündə baş verən iki ölüm hadisəsini araşdırdıqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR
19:28
300
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
274
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
394
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
454
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
592
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1675