Goranboyda mikroavtobus minik maşını ilə toqquşub - YARALILAR VAR
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğlu, 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu və 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan T.Qurbanzadənin vəziyyəti daha ağırdır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:28
337
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
326
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
427
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
461
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
598
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1679