Zərif sərt danışdı: "İran nüvə silahının hazırlanmasına yenidən başlayacaq"
"Nüvə başlıqlarının hazırlanmasına yenidən başlayarıq"
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla İranın xarici işlər naziri Cavad Zərif çıxış edib.
ABŞ-ın CBS telekanalına müsahibə verən Cavad Zərif bildirib ki, əgər ABŞ nüvə razılaşmasını ləğv etsə, rəsmi Tehran nüvə silahlarının hazırlanmasına yenidən start verəcək: "Başqa seçimlərimiz də var. Qərb ikitərəfli razılaşmanı təktərəfli şəkildə yerinə yetirməyimizi gözləməsin".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını ləğv edəcəyini və başqa təkliflərin hazırlanmalı olduğunu bir neçə dəfə dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
19:28
361
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
351
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
451
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
464
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
600
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1682