İmişli sakini həyətində yaralı qartal balası tapıb
İmişli sakini həyətində yaralı qartal balası tapıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qaravəlli kənd sakini Baxış Şükürov səhər saatlarında işə gedərkən həyətdə iri gövdəli quşun olduğunu görüb.
Ev sahibi qartal balasının bir qanadının yaralı olduğunu, bu səbəbdən uça bilmədiyini görüb.
Baxış Şükürov qartal balasını evə gətirərək balıq əti yedizdirib. Aran ərazilərində nadir hallarda rast gəlinən və qırmızı kitaba düşmüş qartalın həyətdə peyda olması kənd sakinləri üçün maraqlı olub. Sakinlər qartal balasını telefonları ilə çəkiblər.
Qartalın bala olmasına baxmayaraq qanadlarının açıq vəziyyətdə uzunluğu 1,5 metrə qədər çatır.
Ev sahibii birinci növbədə qartal balasının yaralı qanadının sağaltmağı düşünür.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib