Erməni müxalifəti hökumətlə danışıqlara başlayır: "Xalq hakimiyyəti ələ alıb"
"Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir". APA TV-nin "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda mitinqdə çıxış edən “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.
Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. “Çünki xalq artıq hakimiyyəti ələ alıb”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.
N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: “Serj Sarkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib