Bakıda narkotik alverçisi 5 kq marixuana ilə yaxalandı
Paytaxtda narkotik alverçisi yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Nəzərov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun əlindəki torbaya baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya göndərilən narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 150 qram olması barədə rəy verilib.
Saxlanılan şəxs ifadəsində narkotik maddəni İsmayıllı rayonunda yerləşən meşəlik sahədən yabanı halda yığdığını və qurudandan sonra şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda narkotik alverçisi 5 kq marixuana yaxalandı
Saxlanılan şəxs narkotik maddəni İsmayıllıda meşəlik sahədən yabanı halda yığdığını bildirib
Paytaxtda narkotik alverçisi yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
Əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Nəzərov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun əlindəki torbaya baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya göndərilən narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 150 qram olması barədə rəy verilib.
Saxlanılan şəxs ifadəsində narkotik maddəni İsmayıllı rayonunda yerləşən meşəlik sahədən yabanı halda yığdığını və qurudandan sonra şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib