OPEC-in cəhdləri və ABŞ-da baş verən proseslər nefti bahalaşdıra bilər
Xam neftin qiyməti sutka ərzində dəyər itirib.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin qiyməti gün ərzində 74,66 dollara qədər bahalaşıb, sonra bir dollara qədər ucuzlaşıb.
Hazırda bu markadan olan neft 73,64 dollara təklif olunur. Qərbi Texas nefti də bahalaşmadan sonra dəyər itirib. WTI markası 68,11 dollardan satılır.
ABŞ nefti 2014-cü ildən bu yana ilk dəfə 68 dollara satılıb. Bunun OPEC-dən və ABŞ-dan qaynaqlanan səbəbləri var. OPEC istehsalı azaltmaq siyasətinə sadiqdir, ABŞ-da ehtiyatlar azalır.
Bu arada Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşən OPEC və bir neçə neft istehsalçısı olan ölkə rəsmilərinin qərarı maraq doğurub. Hesabatlara görə, dünya üzrə anbarlarda saxlanılan xam neft ehtiyatlarının artığı silinib.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib