Əsəd "Fəxri Legion" ordenini Fransaya geri göndərdi
Bəşər Əsəd 17 il əvvəl təltif olunduğu "Fəxri Legion" ordenini Fransaya geri göndərib.
APA TV-nin məlumatına görə, bu barədə Suriya prezidentinin dəftərxanasından açıqlama verilib.
Orden hazırda Suriyaya qarşı Fransanın siyasətini dəstəkləyən Rumıniyanın Dəməşqdəki səfirliyi vasitəsilə ifadə edilib.
Rəsmi Dəməşq bu addımı aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyanı bombalamasına etiraz olaraq dəyərləndirir.
"Suriya prezidenti artıq bu ordeni daşımaq istəmir. Bu ordeni verən ölkə müstəqil deyil, ABŞ-ın quludur" - deyə, açıqlamada qeyd olunur.
Xatırladaq ki, bir neçə gün öncə Parisdə "Fəxri Legion" ordeninin Bəşər Əsəddən geri alınması ilə bağlı prosesə start verilib. Orden 2001-ci ildə Suriya dövlət başçısına Fransanın o vaxtkı prezidenti Jak Şirak tərəfindən verilib.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib