Tramp Barbara Buşun dəfninə qatılmaqdan imtina etdi
Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın keçmiş birinci xanımı Barbara Buşun dəfn mərasiminə qatılmaqdan imtina edib.
APA TV-nin "The Hill"ə istinadən məlumatına görə, mərasimdə onun həyat yoldaşı Melaniya Tramp iştirak edəcək.
Trampın bu qərarı görüləcək əlavə təhlükəsizlik tədbirləri ilə narahatlıq yaratmaq istəməməsi kimi dəyərləndirilib.
Xatırladaq ki, Barbara Buş aprelin 18-də 93 yaşında dünyasını dəyişib və aprelin 21-də Texas ştatının Hyuston şəhər məzarlığında dəfn ediləcək.
Barbara Buş ABŞ-ın birinci xanımları arasında ən uzunömürlülərdən və ölkədə əri ilə bərabər oğlu da prezident olan yeganə qadın idi. O, ABŞ-da son prezident seçkiləri ərəfəsində Donald Trampı ən çox tənqid edən şəxslər arasında olub. Xanım Buş onu qadınlara nifrət edən təhrikçi adlandırmışdı.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib