"Kastro dövrü" bitdi - KUBANIN YENİ PREZİDENTİ SEÇİLDİ
Kubada 60 illik "Kastro dövrü" başa çatıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkə prezidenti vəzifəsinə prezident köməkçisi Miqel Dias-Kanel seçilib.
Raul Kastronun yerinə gələcək siyasətçi səslərin 94,43 faizini qazanıb. Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq.
Kubanı 1959-cu il inqilabından 2008-ci ilə qədər Fidel Kastro, 2008-2018-ci illərdə Raul Kastro idarə edib.
Kommunist Partiyasının idarə etdiyi Kubada 605 nəfərlik parlament 31 üzvü olan Dövlət Şurasını seçib. 57 yaşlı Miqel Dias-Kanel şuranın toplantısında prezident seçilib.
O, 2003-cü ildən Siyasi Büronun üzvüdür. 2009-2012-ci illərdə təhsil naziri, 2013-cü ildən isə prezident köməkçisi olub.
OXŞAR XƏBƏRLƏR
19:28
431
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
420
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
520
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
469
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
606
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1690