ABŞ Türkiyəyə sanksiyalar tətbiq edə bilər - XƏBƏRDARLIQ
ABŞ Türkiyəyə sanksiyalar tətbiq edə bilər. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ xarici işlər nazirinin köməkçisi Vess Mitçel deyib.
Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığından narahatlıqlarını ifadə edən V.Mitçel bu ölkəyə qarşı sanksiyaların tətbiq olunacağının mümkünlüyünü vurğulayıb. O, həmçinin Türkiyənin Rusiyadan "S-400" raket kompleksinin almasına da qəti qarşı olduqlarını bildirib:
"ABŞ-da düşmən ölkələrdən silah alınmasına qarşı qanunun 231-ci maddəsinə əsasən Türkiyəyə sanksiyalar mümkündür. "S-400"lərin alınması rəsmi Ankaranın "F-35" qırıcılarını almasına da problem yaradacaq".
Türkiyənin Afrin əməliyyatına toxunan diplomat Ankaranın Moskva ilə bölgədə bir hərəkət etmələsinin qəbuledilməz olduğunu bildirib.
"Türkiyə İran və Rusiya ilə yaxınlaşmaqdansa, qərblə strateji müttəfiqliyini davam etdirməlidir. Hər halda bu, ABŞ-ın beynəlxalq maraqlarına daha uyğun olardı" - deyə, Mitçel vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib