Lənkəranda evdə köməksiz qalan iki uşaq xilas edildi
Lənkəranda bağlı qapı arxasında köməksiz qalan iki uşaq xilas edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhər Şəhidlər Xiyabanı küçəsi 46/4, mənzil 33 ünvanında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə iki nəfərin köməksiz vəziyyətdə bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn xilasetmə qrupu ilkin kəşfİyyat işləri apardıqdan sonra alət və avadanlıqların köməkliyi ilə qapını açmağa nail olublar.
Qapı açıldıqdan sonra məlum olub ki, evdə köməksiz vəziyyətdə qalan 13 yaşlı Elza Qulu qızı İsazadə və onun qardaşı 10 yaşlı Lətif Qulu oğlu İsazadədir. Hər iki şəxs valideynlərinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
19:28
428
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
417
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
517
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
469
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
606
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1690