Rusiya və Ermənistan Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə dair razılığa gəldi
Rusiya və Ermənistan arasında Kollektiv Təhlükəsizliyin Qafqaz bölgəsində Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemindəki (BRHHMS) qüvvələr və vasitələrin tərkibi ilə bağlı razılıq əldə olunub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Hava-Kosmik Qüvvələri komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko bildirib.
Sənəd Rusiya və Ermənistan Baş Qərargah rəisləri tərəfindən imzalanıb. Qüvvələr və vasitələrin siyahısı təsdiqlənməsi üçün iki ölkənin müdafiə nazirlərinə təqdim edilib.
Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi 1995-ci ildə Alma-Atada MDB-yə üzv olan 10 ölkə arasında imzalanmış müvafiq razılaşma əsasında yaradılıb. Hazırda BRHHMS-ə Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
OXŞAR XƏBƏRLƏR
19:28
467
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
455
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
559
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
478
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
615
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1695