Əsəd tərəfdarları Londonda aksiya keçirdi: O, CƏNNƏTƏ GEDƏCƏK!
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu şüarla Suriya prezidentinin bir qrup tərəfdarı Londonda aksiya keçirib.
Britaniya parlamentinin önündə toplanan qrup ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbələr endirməsinə etiraz edib.
Parlamentin qarşısında "Müharibəni dayandırın!", "Əsəd ölkəsinin prezidentidir!", "O, insanları xilas edən həkimdir!", "Əsəd cənnətlik insandır!" şüarları səsləndirən etirazçılar onun öz xalqına qarşı kimyəvi silahdan istifadə etmədiyini bildirib.
Aksiya iştirakçıları Donald Trampın müqəvvasını düzəldib, Tereza Mey və Emmanuel Makrona qarşı fikirlər səsləndiriblər.
İngiltərə baş nazirinin lideri olduğu Mühafizəkarlar Partiyası aksiyanı kəskin pisləyib.
OXŞAR XƏBƏRLƏR
19:28
466
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
454
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
558
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
478
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
614
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1695