Təyyarənin mühərrikinin partlaması ölümə səbəb oldu - ABŞ-DA
ABŞ-da sərnişin təyyarəsində baş vermiş yanğın ölümlə nəticələnib. APA TV-nin verdiyi xəbərə görə, "Southwest Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin sol mühərrikində qəfildən partlayış baş verib.
Bundan sonra təyyarə təcili eniş etməli olub. Hadisə zamanı bir qadın sərnişin dünyasını dəyişib. Bildirilir ki, partlayış zamanı mühərrikdən qopan metal parçası həmin sərnişinin oturacağına yaxın şüşəni deşərək salona daxil olub.
Təyyarənin göyərtəsində həmin vaxt 143 sərnişin və 5 heyət üzvü olub. Nyu-Yorkdan Dallasa uçan təyyarə Filadelfiyada eniş edib. Hazırda ekspertlər qrupu mühərrikdə yaranmış nasazlığın səbəbini araşdırır.
OXŞAR XƏBƏRLƏR
19:28
467
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
455
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
559
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
478
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
615
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1695