NATO baş katibi Türkiyəyə gəldi: Çavuşoğlu Makronun yalan danışdığını bəyan etdi
"Türkiyə-Rusiya əlaqələri Türkiyə-NATO əlaqələrinə alternativ deyil".
APA TV-nin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşündə deyib.
M.Çavuşoğlu Fransa prezidenti E.Makronun səsləndirdiyi digər fikirlərə də münasibət bildirib: "Fransa prezidenti Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirdi. Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti də üç ölkənin görüşündən sonra Fransa ilə görüş keçirilməsini məqbul saymışdı. Lakin bu həmin vaxt mümkün olmadı".
Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsinin Dumada kimyəvi silah tətbiqindən əvvəl olduğunu xatırladan M. Çavuşoğlu Fransa prezidentinin yalan danışdığını bildirib: "Bir ölkənin prezidenti belə yalan danışmamalıdır. Fransa prezidentini ciddi olmağa dəvət edirik".
Görüşdə çıxış edən NATO baş katibi Yels Stoltenberq də öz növbəsində açıqlama verib: "Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb. Türkiyə 3 milyon qaçqına sığınacaq verib".
Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y.Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib