İrəvanda müxalifətçilər mərkəzi küçələri bağlayır - KÜTLƏ NƏZARƏTDƏN ÇIXIB
İrəvanın mərkəzində vəziyyət gərginləşib. APA TV-nin verdiyi məlumata görə, Baqramyan prospektində polis və nümayişçilər arasında toqquşmalar artıb.
Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıb. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Aksiyanın təşkilatçısı, parlamentin deputatı Nikol Paşinyanın xəsarət aldığı deyilir.
Polis hazırda vəziyyəti nəzarətə götürməyə çalışır. Aksiya gedən əraziyə supüskürdən maşınlar gətirilib.
Hazırda müxalifət fəalları bir neçə küçə və prospekti bağlamağa müvəffəq olub. Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq hərəkət edir.
Bundan əvvəl N.Paşinyan müxalifətin aprelin 17-ə olan hərəkət planını açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq üçün parlament yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər. Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib