İrəvanda polislə aksiya iştirakçıları toqquşdu - QARŞIDURMA ANI
İrəvanda səhərdən başlayan kütləvi etiraz aksiyası davam edir.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, nümayişçilər Baqramyan prospektindən yürüşə başlamaq istəsə də, polis onların qarşısını kəsib, əraziyə tikanlı məftillər çəkilib.
Etirazçı kütlə ilə polis arasında toqquşma yaşanıb. Polis rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Qeyri-rəsmi məlumata görə, aksiyaçılar arasında saxlanılanlar var.
Qeyd edək ki, səhər saatlarından başlayan kütləvi aksiya zamanı "Vətəndaş müqaviləsi" partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə etirazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb.
Etirazçılar əsasən sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz edir və hökumətin istefası tələbini səsləndirir.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib