Cəlilabadda orta əsrlərə aid kurqan tapıldı
Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Şıxlar kəndində bayraq dirəyi basdırılması üçün təpəcik ərazidə qazıntı işləri aparılarkən insan sümüklərinin qalıqları aşkar olunub.
Ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhatə olunması buranın qədim kurqan olduğunu deməyə əsas verir.
Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də, burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa, kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar: "İnsan sümükləri qırmızı kərpiclə əhatə olunub. Yəni onun ətrafları və altında qırmızı kərpiclər olub. Qırmızı kərpiclər də çox güman edirik ki, yəni orta əsrlər dövrünə aiddir".
Artıq tapıntı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib