Ankara Makronun "Rusiya ilə Türkiyəni ayırdıq" sözlərinə cavab verdi
Türkiyə baş nazirinin köməkçisi və sözçüsü Bəkir Bozdağ Fransa prezidenti Emmanuel Makronun "Türkiyə ilə Rusiyanı ayırdıq" fikrinə münasibət bildirib.
APA TV-nin məlumatına görə, türkiyəli siyasətçi ölkəsinin Suriya siyasətini açıqlayıb: "Türkiyənin Suriya siyasəti hər hansı bir ölkənin yanında və qarşısında olma siyasəti deyildir. Bizim Suriyadakı siyasətimiz çox dəqiq haqqın və doğrunun yanında olma siyasətidir. Doğrunu kim müdafiə edirsə, biz doğrunun yanında yer alırıq. Türkiyə nə Rusiya və İranla eyni hədəflərə gedən ölkədir, nə də ABŞ ilə eyni hədəflərə gedən ölkədir".
Bəkir Bozdağ əlavə edib ki, Türkiyə Əsəd hakimiyyətinin boşluqlarından istifadə edərək Suriyada yerləşən terror təşkilatlarına qarşı mübarizə aparır. Əsədin mülki, günahsız insanları öldürməsinə və evlərindən olunmasına qarşı çıxırıq.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və İngiltərə ilə birlikdə Suriyanı bombalamaqla Türkiyə ilə Rusiyanı ayırdığını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib