Bakının mərkəzindəki BARDA MÜŞTƏRİNİ BUTULKA İLƏ YARALADILAR
Səbail rayonu, İstiqlaliyyat kücəsində yerləşən barın qarşısında insident baş verib. Əyləncə mərkəzində başlayan mübahisə kütləvi dava-dalaşla nəticələnib. Əvvəllər soyğunçuluq maddəsi ilə saxlanılan və yetkinlik yaşına çatmadığı üçün həbs cəzası almayan 1993-ci il təvəllüdlü İsmət Abıyev barın müştərilərindən birinə xəsarət yetirib. İsmət Abıyev deyib ki, mübahisə etdiyi şəxs ona söyüş söyüb, dava da bunun üstündə düşüb. O, hadisəni sərxoş vəziyyətdə törətdiyini deyib.
Zərərçəkən hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Abıyevi isə ərazidə olan polis əməkdaşları 9-cu polis bölməsinə gətiriblər. APA TV-nin xəbərinə görə, faktla bağlı cınayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
227
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
243
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
463
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2130
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2105
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1932