Rusiya: "Suriya ərazisinə 100-dən çox raket buraxılıb"
"ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket buraxıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamada iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə Sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib.
Bildirilir ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın "B-1B" strateji bombardmançıları vasitəsilə endirilib.
Rusiya Xarici İşlər Nazirliyindən isə Suriyanın dinc gələcəyə şansı olduğu zaman bombalandığı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
19:28
568
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
548
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
655
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
485
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
624
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1707