Yardımlıda qohumların torpaq davası qanla bitdi - 1 ÖLÜ, 4 YARALI
Yardımlıda yaxın qohumlar arasında ölümlə nəticələnən kütləvi dava baş verib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə zamanı 4 nəfər yaralanıb, 1 nəfər ölüb.
Yardımlı rayonunun Bürzümbül kəndində yaxın qohum olan Rəciyevlər və Hacıəliyevlərin ailələri arasında torpaq mübahisəsi sonradan kütləvi davaya çevrilib. Nəticədə Bürzümbül kənd sakini, 55 yaşlı Bəyzadə Rəciyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Davanın digər iştirakçıları - 55 yaşlı Nuru Hacıəliyev, onun 25 yaşlı oğlu Şirxan Hacıəliyev, 25 yaşlı Elmin Rəcili və onun 19 yaşlı qardaşı Əvəz Rəcili müxtəlif bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Hacıəliyev polis tərəfindən saxlanılıb. Digər 3 yaralının müalicəsi isə xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib