Masallıda "Jiquli" qəza törətdi: 4 yaralı
Masallıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə avtomaşında olan 4 nəfər xəsarət alıb.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri - 22 yaşlı Elvin Fərzəliyev, 21 yaşlı Orxan Bağırov, 38 yaşlı İnşallah Məmmədov və 40 yaşlı Rəsul Calıyevdir.
Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:28
568
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
548
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
655
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
485
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
624
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1707