"Telegram" Rusiya ərazisində bloklandı
Moskva şəhər Taqansk rayon məhkəməsinin qərarı ilə "Telegram" messenceri Rusiya Federasiyası ərazisində bloklanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, məhkəmənin qərarı dərhal qüvvəyə minib. Messencer öz şifrələrini Federal Təhlükəsizlik Xidmətinin tələbi əsasında bu quruma verməyə razılaşana qədər qərar qüvvədə qalacaq.
"Telegram" qərardan apellyasiya şikayəti verə bilər.
Sosial şəbəkənin yaradıcısı Pavel Durov məhkəməni "açıq fars" adlandırıb və qərarı tanımayacağını bildirib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti istifadəçi yazışmalarına çıxış əldə etmək üçün "Telegram"dan müvafiq şifrələri istəyib. Lakin messencer bunu rədd edib.
OXŞAR XƏBƏRLƏR
19:28
568
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
548
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
654
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
485
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
624
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
14:47
1707