"Bolluq bazarı"nın yanında hündürmərtəbəli binada yanğın - HADİSƏ YERİNDƏN
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə tikilməkdə olan binanın sonuncu mərtəbəsində qeydə alınıb.
Yanğın olan binada yaşayışın olmadığı bildirilir. Bina Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki “Bolluq bazarı”nın yaxınlığında yerləşir.
Hadisə yerinə təcili Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi, təcili tibbi yardım briqadaları cəlb olunub. Küləyin yaratdığı çətinliklərə baxmayaraq, yanğın söndürülüb.
Hadisə yerində yaradılan operativ qərargahdan verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv/m olan yuxarı mərtəbəsində baş vermiş yanğın 600 kv/m sahəni əhatə edib. Yanğın nəticəsində tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib