Türk Şurasının müşahidə missiyası: Seçkilər Türkiyə-Azərbaycan münasibətlərinə müsbət təsir edəcək
"Azərbaycanda seçkilər yerli qanunvericiliyə uyğun şəkildə keçirilib". APA TV-nin məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı İpək Haluk deyib.
Azərbaycandakı seçkilərin şəffaflığına diqqət çəkən millət vəkili bu seçkilərlə ölkəmizin yeni bir mərhələyə keçdiyini bildirib: "Prezident seçkiləri beynəlxalq hüquq çərçivəsində həyata keçdi. Biz bu barədə hesabat da hazırladıq. Seçkilər standartlara uyğun və uğurlu şəkildə başa çatdı".
Türkdilli ölkələrin Parlament Assambleyasının müşaviri Metin Kılıç da seçkilərdə qanun pozuntularının olmadığını və sakit tərzdə keçdiyini bildirib: "Sakit və şəffaf keçirilən prezident seçkiləri həm Azərbaycanın seçki qanunları, həm də beynəlxalq seçki sisteminə uyğun şəkildə təşkil olunmuşdu. Müşahidələrimizdə heç bir problemlə rastlaşmadıq".
Türk Şurası müşahidə missiyasının rəhbəri Ömər Kocaman isə müşahidələr çərçivəsində görülən işlər və müşahidələrin nəticələri barədə məlumat verib: "Quba, Gəncə və Bakıda müşahidələr apardıq. Seçkiöncəsi kampaniyaların keçirilməsini canlı olaraq seyr etdik və bütün ölkədə keçirilən kampaniyalarla tanış olduq. Mərkəzi Seçki Komissiyasının sədri və heyəti ilə Bakıda iclaslar keçirdik. Rahatlıqla deyə bilərik ki, seçkilər qanunlar çərçivəsində keçirilib. Qadınlar da seçkidə fəal iştirak edirdilər. Yaşlı və gənc nəslin də seçkilərə marağı olduqca yüksək idi".
Azərbaycanda keçirilən prezident seçkilərinin Türkiyə və Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edəcəyini vurğulayan Ö.Kocaman Türkiyədə bu seçkilərə marağın olduqca güclü olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib