ATƏT DTİHB-nin müşahidə missiyası ilkin hesabatını sabah açıqlayacaq
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyası seçkilərlə bağlı ilkin hesabatını sabah açıqlayacaq.
APA TV-nin xəbərinə görə, bu barədə missiyanın rəhbəri Koryen Yonker bildirib.
Onun sözlərinə görə, martın 9-dan fəaliyyətə başlayan müşahidə missiyası seçki öncəsi vəziyyəti müşahidə edib və səsvermədən sonrakı prosesləri izləmək üçün aprelin 24-nə kimi burada olacaq.
Xanım Yonker həmçinin 13 nəfərdən ibarət analitik qrupla birlikdə çalışdıqlarını söyləyib: “Bu gün beynəlxalq seçki müşahidə missiyamıza 350 müşahidəçi daxildir. Onlar ölkə üzrə müşahidə aparırlar. Sabah mətbuat konfransı keçirəcəyik və indiyə kimi olan müşahidələrimizin nəticələrini açıqlayacağıq. İki aydan sonra isə yekun hesabatımız olacaq”.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?