Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib
Bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində seçici sıxlığı müşahidə olunub.
APA TV-nin məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev bu məntəqədə səs verib.
Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib: “Bu günə qədər seçkilər demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə günü də qanunlara uyğun seçki keçiriləcək. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”
Qeyd edək ki, müşahidə apardığımız müddətdə 28 saylı seçki məntəqəsində heç bir qayda pozuntusu qeydə alınmadı.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?