Goranboyda dəhşətli qəza: 2 ölü, 3 yaralı
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qızılhacılı kəndi ərazisində “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Xəsarət alaraq xəstəxanaya çatdırılan Qızılhacılı kənd sakini Məmmədova Cəmilə Əsgərxan qızı isə orada ölüb.
Hadisə zamanı xəsarət alan daha 3 nəfər - Qızılhacılı sakinləri, 1988-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova və Tapqaraqoyunlu kənd sakini, 1981-ci il təvəllüdlü Ulduz Əmrahova Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:28
251
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
657
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
638
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
703
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
494
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
632