Hacıqabulda ələ keçən oğrudan silah götürülüb
Hacıqabulda oğurluq hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, rayon sakini Zəkiyyə Əhmədova Polis Şöbəsinə müraciət edərək, evindən ümumi dəyəri 1925 manat olan qaynaq aparatı, 90 metrlik elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.
Əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, habelə narkotik vasitələrin qanunsuz dövriyəsinə görə məhkum olunmuş 1978-ci il təvəllüdlü Vüqar Zeynalov saxlanılıb.
V. Zeynalovun evində aparılan axtarış zamanı sözü gedən əşyalarla birlikdə oradan 1 ədəd "Naqan" tipli tapança da götürülüb.
Rayon Polis Şöbəsində faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
10:28
342
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
715
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
693
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
712
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
503
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
640