ASO Afrini tərk etdi, sakinlər geri qayıdır, şəhərdə oğrular ələ keçdi
Azad Suriya Ordusu (ASO) döyüşçüləri Afrinin mərkəzindən çıxıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar təhlükəsizliyin təminatını yerli polis və türk hərbçilərinə təhvil verib.
Bu arada Şəhər Məclisindən Afrindəki əməliyyatlar səbəbi ilə şəhəri tərk edənlərin 30 faizinin evinə geri qayıtdığı açıqlanıb. Qurumdan şəhərdə həyatın öz məcrasına döndüyü qeyd edilib.
Şəhərdə xəstəxanalar və digər infrastruktur obyektlər inşa edilir, iaşə obyektləri təşkil olunur. Məclisdən eyni zamanda Afrin əməliyyatları zamanı qarətlə məşğul olanların həbs olunduğu, oğurlanan əşyaların bir qisminin sahiblərinə qaytarıldığı da açıqlanıb.
Qeyd edək ki, hazırda şəhərdə Polis İdarəsinin təşkili istiqamətində də işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
10:28
342
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
715
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
693
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
712
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
503
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
640