Qəzza zolağında son toqquşmalarda 9 fələstinli ölüb - 1000-DƏN ÇOX YARALI VAR
Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli ölüb, 1000-dən çox adam isə müxtəlif dərəcəli xəsarət alıb.
APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
Onun sözlərinə görə, ölənlərdən biri uşaqdır. Martın 30-dan bu günə qədər isə Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb. İsrail hökuməti bölgədə vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.
Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşü"nə başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
10:28
376
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
741
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
716
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
715
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
505
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
653