Erməni politoloq: "Türkiyənin "əl quzusu" olacağıq"
"Son vaxtlar Rusiya-Türkiyə əlaqələri daha da yaxınlaşmağa doğru gedir. Bu isə şübhəsiz ki, rəsmi Moskvanın beynəlxalq aləmdən təcridi ilə bağlıdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu erməni politoloq Ayk Martirosyan bildirib.
O bildirib ki, indiyədək Ermənistanın müttəfiq hesab etdiyi bir dövlətin onun tarixi düşməni ilə sıx əlaqələr qurması rəsmi İrəvanın həm Rusiya, həm də Türkiyə üçün gələcəkdə "əl quzusu" olma ehtimalını artırır.
"Belə bir mürəkkəb vəziyyətdə Ermənistan diqqətli olmalıdır. Biz uzun müddətdir beynəlxalq hüququn subyekti deyilik və Yerevan indi daha çox öz müttəfiqinin maraqlarını müdafiə edir. Türkiyə isə əksinə, öz mövqeyini yaxşı bilir və qoruyur".
Politoloq hesab edir ki, indi Ermənistan və regiondakı mövqeyini gücləndirmək üçün qlobal siyasət yürüdən Çinlə yaxınlaşmalıdır.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?