Biləsuvarda poçt şöbəsindən pul seyfini oğurlayanlar tutuldu
Biləsuvarda poçt şöbəsi və mağazadan, həmçinin yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı polisə müraciət edilib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıb. Saxlanıldıqdan sonra onların elə həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da məlum olub.
Biləsuvar RPŞ əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan rayonun Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb. O, törətdiyi əməli etiraf edib və qonşusunun evdə olmadığını bildiyi üçün evə daxil olduğunu, oradan televizor və xalça oğurladığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?